Polşa da boks üzrə dünya çempionatını boykot etdi

19:12 17.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Polşanın Boks Assosiasiyası rusiyalı idmançıların oraya buraxılması səbəbindən kişi və qadınların dünya çempionatında iştirakdan imtina etdiyini açıqlayıb.

Sport.pl assosiasiyanın vitse-prezidenti Maçey Demelin mesajına istinadən xəbər verir.

“Ukraynada münaqişə başlayandan sonra biz qərara gəldik ki, rusların və belarusların iştirak edəcəyi yarışlarda iştirak etməyəcəyik. O vaxtdan bəri biz yeni qətnamə qəbul etməmişik, ona görə də köhnə qətnamə qüvvədə qalır. Biz hərəkətlərimizdə ardıcılıq”, - Demel vurğulayıb.