Yazını böyüt
Yazını kiçilt
"Lill"in hücumçusu Timoti Vea ABŞ yığmasının qarşıdan gələn dünya çempionatı üçün yekun heyətinə daxil edilib.
Qeyd edək ki, o, müxtəlif vaxtlarda Paris Saint-Germain, Milan və Chelsea klublarında çıxış edən "Qızıl top"un sahibi Corc Veanın oğludur. 2018-ci ildə o, Liberiya prezidenti seçilib.
Timothy Weah ABŞ-da anadan olub. O, bu ölkənin gənclərdən ibarət komandalarında oynayıb. 2018-ci ildə o, ilk dəfə böyüklər komandasına çağırılıb.
Qətərdə keçiriləcək dünya çempionatında ABŞ yığması İngiltərə, İran və Uelslə eyni qrupda çıxış edəcək. Turnir noyabrın 20-də başlayacaq.