Yazını böyüt
Yazını kiçilt
Fransa "PSJ"sinin rəhbərliyi iki-üç həftə ərzində argentinalı hücumçu Lionel Messiyə rəsmi olaraq yeni müqavilə təklif etmək niyyətindədir. Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.
Mənbənin məlumatına görə, yaxın vaxtlarda Paris klubunun rəhbərliyi argentinalı futbolçunun nümayəndələri ilə şəxsi görüş keçirərək müqavilə ilə bağlı təklif irəli sürmək, onunla razılaşma müddəti və yekun detalları müzakirə etmək niyyətindədir.
Daha əvvəl bildirilmişdi ki, Messi Fransanın PSJ-si ilə müqaviləni yeniləməyə dəyər olub-olmadığından şübhələnir. Futbolçunun cari mövsüm bitdikdən sonra klubda qalıb-qalmayacağı ilə bağlı şübhələri var idi. Bu şübhələrə görə Messi Fransa yığmasının rəhbərliyi ilə görüşü təxirə salıb.