PSJ-nin atdan yıxılan qapıçısı karyerasını bitirə bilər

15:23 09.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ-nin qapıçısı Serxio Riko karyerasını bitirə bilər.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı ispaniyalı futbolçunun atdan yıxılaraq başından ciddi xəsarət almasıdır.

20 kq çəki itirən qolkiperin son günlərə qədər danışmadığı bildirilib. 

Riko mayın 28-də atdan yıxılaraq ciddi zədə alıb. Ona beyin qanaması diaqnozu qoyulub. Qapıçı 19 gün komada olub, iyulun 4-də reanimasiyadan adi palataya köçürülüb.