Yazını böyüt
Yazını kiçilt
Doqquz təyyarə İspaniyanın şərqindəki "Alikante-Elçe Migel Hernandez" hava limanına eniş edə bilməyib.
Hafta.az xəbər verir ki, buna səmada pilotsuz uçan aparatların (PUA) olması səbəb olub. Bildirilir ki, insident oktyabrın 27-də axşam saatlarında baş verib. PUA-ların görünməsi ilə əlaqədar hava limanı müvəqqəti bağlanıb, sərnişinlərin uçuşuna məhdudiyyətlər tətbiq edilib.
Böyük Britaniyadan İspaniyaya uçan 9 təyyarə yaxınlıqdakı aerodromlara yönləndirilib.
Məlumatda vurğulanır ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Lakin onlar PUA-ların yerini müəyyən edə bilməyiblər.
Araşdırmalar başa çatdıqdan sonra alternativ aerodromlara göndərilən təyyarələrin Alikanteyə qayıtmasına icazə verilib. /"The Sun"/