Yazını böyüt
Yazını kiçilt
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.
Hafta.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu yığmamız D qrupundakı ilk matçında Gürcüstan millisini qəbul edib.
Bakı Voleybol Mərkəzində keçirilən görüş Azərbaycanın 3:0 (28:26, 25:11, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında növbəti görüş avqustun 28-də Gürcüstanda olacaq.