Qadın voleybolçularımız qalib gəlib, kişilər isə növbəti məğlubiyyətlə üzləşib

23:08 31.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Qızıl Avropa Liqasında növbəti oyunlarına çıxıblar.

Hafta.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadın yığması Bakıda Estoniya seçməsini qəbul edib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma daha əvvəl keçirdiyi oyunlarda Xorvatiyaya (3:1) qalib gəlib, Slovakiya, Rumıniya və İsveçə isə məğlub olub – 0:3.

Kişilərdən ibarət komanda isə səfərdə Estoniya ilə üzə-üzə gəlib. Matç rəqibin 0:3 hesablı qalibiyyəti ilə başa çatıb.

Fərid Cəlalovun rəhbərlik etdiyi milli komanda bundan əvvəl Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya eyni hesabla (0:3) uduzub.