“Qalatasaray” “Trabzonspor”u məğlub edib

22:33 05.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Türkiyə çempionatında "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edib.

Hafta.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda ev sahibi qalib gəlib - 2:1.

Oyunun 12-ci saniyəsində “Trabzonspor”un uruqvaylı forveti Maxi Gomez hesabı açıb. 19-cu dəqiqədə isə Mertens bərabərliyi təmin edib – 1:1. Ev sahibi 52-ci dəqiqədə on bir metrlik cərimə zərbəsi vurmaq şansı qazanıb və Mauro İcardi “Qalatasaray”ı 2:1 önə keçirib. Bu, oyunda vurulan son qol olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbahçe” 45 xalla ikinci, “Medipol Başakşehir” isə 40 xalla üçüncü pillədədir.

Oxunma sayı 223