“Qarabağ” "Gent"ə qalib gəldi

23:50 16.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

Hafta.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da bu mərhələdə ilk matçına çıxıb. Qurban Qurbanovun komandası Bakıda Belçika "Gent"ini qəbul edib.

Oyun 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.

16 fevral

UEFA Kofrans Liqası-Pley-off

"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0 
Qol: Leandro Andrade, 78

Hakimlər: Mohammed Al-Hakim,  Fredrik Klyver, Robin Vilde (İsveç)

Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu