“Qarabağ” – “Sürix” oyununun vaxtı müəyyənləşdi

14:36 13.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la “Sürix” (İsveçrə) arasındakı ilk oyunun tarixi və başlama saatı dəqiqləşib.

Ağdam klubundan hafta.az-a verilən xəbərə görə, birinci matç iyulun 19-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.

Cavab görüşü isə iyulun 27-də İsveçrədə olacaq.

Qeyd edək ki, hələlik UEFA-nın rəsmi saytı bu matçların tarixini və saatını açıqlamayıb.