Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb

13:25 21.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi ölkələrinə qaytarılan İran vətəndaşları ilə bağlı açıqlama yayıb.

Hafta.az-ın məlumatına görə, açıqlamada deyilir:

"Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

 

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar".

Oxunma sayı 47