Azərbaycan ordusunun 19 sentyabr 2023-cü ildə keçirdiyi əməliyyatdan sonra Yuxarı Qarabağ ərazisindəki separatçı-terrorçu rejimin ləğvi ilə bağlı sənədi imzalamış, amma Azərbaycan sərhədindən naməlum şəraitdə keçə bilmiş qondarma rejimin sonuncu “prezident”i, general-mayor Samvel Şahramanyan bu gün cinayət işi çərçivəsində növbəti dəfə dindirilib.
Hafta.az xəbər verir ki, məlumatı “ Haykakan Jamanak ”a İstintaq Komitəsindən təsdiqləyiblər .
Samvel Şahramanyan daha əvvəl “Hərbi qulluqçuların səhlənkarlığı” və “Müharibə vasitələrini düşmənə vermə və ya buraxma” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilib.
Cinayət işi hələ 2023-cü ildə başlayıb və iki ildən sonra Samvel Şahramanyan dindirilib.
İş I Qarabağ savaşı dövründə separatçı-terrorçu rejimin müdafiə naziri olmuş digər erməni generalı Samvel Babayanın İctimai Televiziyada verdiyi açıqlamalar və oktyabrın 6-da təqdim etdiyi proqram əsasında başlanıb.
Xatırladaq ki, Samvel Babayan da 2023-cü ilin sentyabrın sonunda Azərbaycan ərazisini tərk edərək İrəvana qaça bilib.