“Qarabağ”ın "Braqa" ilə oyunlarının başlama saatı açıqlanıb

22:45 18.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Hafta.az xəbər verir ki, Ağdam klubunun fevralın 15-də səfərdə reallaşacaq matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək.