“Qarabağ”ın sabiq futbolçusu Macarıstan klubuna keçib

17:12 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin yeni klubu məlum olub.

Hafta.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Macarıstanın “Ferentsvaroş” komandasına keçib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Futbolçu son olaraq Rusiya təmsilçisi “Krasnodar”da çıxış edib.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək “Qarabağ”ın formasını geyinib.