Qardaş bacısını bıçaqladı

14:24 05.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

 

Hafta.az xəbər verir ki, hadisə Avşar kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.