“Qazaxıstanda benzinin bahalaşması sadəcə bəhanədir” – ukraynalı politoloq

19:00 06.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Qazaxıstanda insanları meydana çıxaran problemlərin dərinliyini bilmək üçün Ukrayna və Qazaxıstandakı qaz qiymətlərini təngə ilə hesablayıb müqayisə etmək lazımdır. Qiyməti iki dəfə qaldırıldıqdan sonra belə, hansı ki, aksiyalar başlayan kimi endirildi, Qazaxıstanda yanacağın qiyməti Ukraynadakından az qala üç dəfə aşağıdır. Yəni Qazaxıstanda 120 təngə (sonradan 50 təngəyə endirildi), Ukraynada isə 320 təngədir. Hesab edirəm ki, baş verənlərin benzinin qiyməti ilə əlaqəsi yoxdur, bunlar sadəcə bəhanədir".

Hafta.az-ın yazdığına görə, bu sözləri ukraynalı politoloq, Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarov deyib. O bildirib ki, NATO ilə çox vacib müzakirələrdən sonra Qazaxıstanda vəziyyətin qarışması Rusiyanın müzakirələrdə mövqeyini xeyli zəiflədir. Çünki keçmiş Sovetlər Birliyinin bütün respublikaları Rusiyanın təsiri altındadır. Ancaq, baş verənlərə görə sadəcə Qərbi günahlandırmaq və daxildə yaşanan problemləri diqqətə almamaq böyük yanlışlıqdır. “Əlbəttə, vəziyyətin yaxınlarda düzələcəyinə əminəm, amma yenə də səbəbləri araşdırmaq və çözüm tapmaq lazımdır”, - deyib ukraynalı siyasət mütəxəssisi.