Yazını böyüt
Yazını kiçilt
Rusiya mətbuatı uzun müddətdir gündəmdə olan "Qazprom"un "Beşiktaş"ın sponsorluğu ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, “Qazprom”un 3 ildə “Beşiktaş”a 78 milyon avro ödəyəcəyi deyilir. Əvəzində isə “Beşiktaş” formasının üzərində “Qazprom” loqosunu, İstanbuldakı stadionun adına isə “Qazprom”u əlavə edəcək.
Bundan əvvəl Türkiyə mətbuatı “Beşiktaş”ın “Qazprom” şirkəti ilə stadion sponsorluğu ilə bağlı danışıqlarda son mərhələyə çatdığını yazmışdı.
TRT Spor-un xəbərində deyilir ki, müqavilə 3+2 il olacaq və “Beşiktaş” 3 il müddətinə 61,5 milyon avro qazanacaq. 2024/25 mövsümündən etibarən köynək sponsorluğu da müqaviləyə daxil ediləcək.