Qəzaya uğrayan təyyarədə həlak olan 20-ci hərbçinin də nəşi tapıldı

12:20 13.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin həlak olan 20-ci hərbçinin nəşi də tapılıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarında aparılan axtarışlarlar nəticəsində 20-ci şəhidimizin nəşi tapılıb", - xəbərdə bildirilir.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.