Yazını böyüt
Yazını kiçilt
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində jurnalist həlak olub.
Hafta.az bildirir ki, bu barədə Qəzzadakı Media Ofisi məlumat yayıb.
Məlumata görə, ordu Qəzza zolağının cənubundakı Sarı Xəttdən kənarda yerləşən və İsrailin nəzarəti altında olmayan Xan Yunisə hücum edib. Nəticədə fələstinli fotojurnalist Mahmud Vadi həlak olub.
7 oktyabr 2023-cü ildən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 257-yə çatıb.