Qırğızıstanda təcavüzə məruz qalan, sonra isə öldürülən 17 yaşlı Aysilunun ölümü ölkədə geniş rezonans doğurub.
Hafta.az-ın yazdığına görə, sentyabrın 27-də baş vermiş olaydan sonra Qırğızıstan prezidenti Sadir Japarov Prezident Administrasiyasının Hüquq Məsələləri Şöbəsinin müdiri Murat Ukuşevə uşaqlara və qadınlara qarşı cinayətlərə görə sərt cəzalar nəzərdə tutan qanunvericiliyə dəyişiklik layihəsi hazırlamağı tapşırıb.
Məsələ ilə bağlı məlumat verən Prezidentin mətbuat katibi Əsqət Alağazov “Xüsusən də uşaq və qadınların zorlanması və öldürülməsinə görə edam cəzasının tətbiqi ilə bağlı müzakirələr gedir. Prezident Japarov hesab edir ki, xüsusilə uşaqlara və qadınlara qarşı cinayətlər cəzasız qalmamalıdır” deyib.
Bu kontekstdə cinsi vəhşiliyin, qəsdən planlaşdırılmış qətlin və müxtəlif işgəncələrlə törədilən qətllərin ölüm cəzası ilə cəzalandırılması təklif edilir. Digər tərəfdən, sentyabrın 27-də Aysilu zorlayıb, sonra da göldə batıran qətl şübhəlisi meyit tapılandan 3 gün sonra Bişkekdə saxlanılıb.