“Qırıcılarımız Xankəndi səmasında uçmalıdır” - Politoloq

18:19 06.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı erməni əsilli milyarderin Qarabağa gəlməsi əslində Moskvanın başqa bir formatda gəlişidir.

Bu fikirləri hafta.az-a siyasi şərhçi Azər Hüseynov bildirib:

“Əlbəttə ki, cinayətdir, hüquq pozuntusudur. Buna diplomatik dillə etiraz edilməlidir. Amma praktiki olaraq onun və onun kimilərin Qarabağa gəlişini heç etmək üçün güc göstərişinə ehtiyac var. Qırıcılarımız üç rəngli tüstülərlə Xankəndi səmaları üzərindən uçmalıdır. Daha sonra Türkiyə ilə birgə regionda hərbi-siyasi konfiqurasiyalar təhlil edilməlidir. Rusiya hakimiyyətinə yaxın olduğu düşünülən diaspor imkanlarını işə salmalıyıq. Yumşaq və sərt gücü sinergetik istifadə etməlidir”.