Rusiya Olimpiadadan kənarlaşdırıldıqdan sonra alternativ beynəlxalq idman təşkilatı yaratmağa hazırlaşır. Üstəlik, 70 ildən sonra Qızıl Meydanda gənclərin idman nümayişləri də gündəmdədir.
Hafta.az-ın yazdığına görə, artıq prezident Vladimir Putin 2024-cü ildə Moskva və Yekaterinburqda “Beynəlxalq Dostluq Oyunları”nın keçirilməsi barədə göstəriş verib. Rəsmi açıqlamada bu qurumun məqsədinin rusiyalı idmançıların beynəlxalq idman fəaliyyətlərinə sərbəst çıxışını təmin etmək olduğu bildirilib.
Putinə məlumat verən Beynəlxalq Boks Assosiasiyasının sədri Umar Kremlev təşkilatın 30 fərqli idman növünü əhatə edəcəyini və tədbirə təxminən 10 min idmançının qatıla biləcəyini açıqlayıb.
Vladimir Putin isə, Qızıl Meydanda II Dünya Müharibəsindən sonra keçirilməyən idman tədbirlərinin bərpası ideyasını dəstəklədiyini bildirib.
Vaxtilə Sovet İttifaqında ənənə olan bu oyunlar II Dünya Müharibəsindən sonra Qırmızı Meydanda deyil, Dinamo Stadionunda keçirilirdi. Bu idman mərasimləri sonuncu dəfə 1954-cü ildə olub.