Qurban Qurbanov beş pillə irəlilədi

21:25 12.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb.

 

Hafta.az xəbər verir ki, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.

 

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var.


Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.


Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.