Oktyabrın 4-də müxalifətin dinc aksiya pərdəsi altında Gürcüstan Prezidenti İqamətgahına hücum etməsi terror aktı idi. Təəssüflər olsun ki, radikal müxalifətin heç bir xarici himayədarı hələ də bu terror hücumunu pisləməyib.
Hafta.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili özünün “X” hesabında yazıb.
Onun sözlərinə görə, əslində xarici qüvvələr indi başverənlərə görə məsuliyyəti bölüşməlidirlər. Ona görə ki, məhz xaricdən yönləndirilən siyasi intriqalar radikalları Gürcüstanda dövlət çevrilişinin təşkilinə gətirib çıxardı:
“Siyasi radikalizm terrora gətirib çıxarır. Biz bu həqiqətin təsdiqini ötən şənbə günü zorakı kütlənin Tbilisidə Prezident Sarayına basqın etməsində gördük. Prezident Sarayına hücum Gürcüstan tarixində ilk dəfə baş verib. Xarici rəsmi şəxslərin aylardır əks prezident Salome Zurabişvilin Gürcüstanın “legitim” prezidenti imicini möhkəmləndirməyə çalışır. Təbii ki, belə olan halda qiyamçılar da Zurabişvilini Prezident Sarayına gətirməli və bununla da “inqilab”a başlamalı idilər”.