Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.
Hafta.az xəbər verir ki, o, finalda iranlı rəqibi Əlirza Mohmadipianini məğlub edib. Bununla da R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionluğu qazanıb.
O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu uğuru əldə edib.
55 kq-da yarışan Eldəniz Əzizli də turnirdə qızıl medal qazanıb və karyerasında 3-cü dəfə dünya çempionu olub. O, finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionu olmuşdu.