Restoranda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

12:46 06.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.