Ronaldo “Qızıl top”larından birini satdı

15:07 14.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo aldığı “Qızıl top” mükafatlardan birini satıb.

 

Hafta.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun qəniməti yeni sahibini hərracda tapıb.

 

İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan bütün vəsait “Make-A-Wish” fonduna köçürülüb. Bu fond ağır, ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir.

 

Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.