Ronaldo səcdəyə getməklə müsəlmanların ürəyini fəth etdi

11:07 24.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Peşəkar Futbol Liqası komandalarından olan “Ən-Nassr”ın ulduz oyunçusu Kriştiano Ronaldo qol vurduqdan sonra səcdəyə gedib. Uğurlu futbolçunun bu hərəkəti dünyada geniş təsir yaradıb.

Hafta.az-ın yazdığına görə, liqanın 28-ci həftəsinin oyununda “Ən-Nassr” və “Əl-Şəbab” komandaları paytaxt Ər-Riyadda qarşılaşıblar. “Ən Nassr”ın kapitanı Ronaldo komandasını 3:2 hesabı ilə önə çıxaran qoldan sonra səcdəyə gedib.

Tora düşən qoldan sonra demək olar ki, bütün komanda rəqib qapısı önündə qol həvəsini yaşayıb, komanda yoldaşları isə Ronaldonun səcdəsinə alqışlarla cavab verib. Həmin anlar tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanıb.

Əksər futbol azarkeşləri tərəfindən dünyanın ən yaxşı futbolçusu hesab edilən Ronaldo, transfer edildiyi "Ən Nassr" komandasında da statistik cəhətdən yüksəkdir. Bu mövsüm komandası ilə 15-i liqada, 1-i kubokda olmaqla ümumilikdə 16 matça çıxan ulduz futbolçu 14 qol vurub, 2 məhsuldar ötürmə ilə komandasının qol yükünü üzərinə götürüb.

Oxunma sayı 377