Rus hərbiçilər Qarabağdan ermənilərin köçünün QARŞISINI ALA BİLMİR

13:01 21.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qarabağda rus sülhməramlılarının nəzarəti altındakı ərazilərdə yaşayan ermənilərin Xankəndi və digər əraziləri kütləvi şəkildə tərk edərək köçməsinə dair daha ir etiraf səsləndirilib.

Hafta.az erməni mətbuatına istinadla deyir ki, bölgədə hələ də var olduğunu göstərməyə çalışan separatçı rejimin "parlamentinin deputatı" Metakse Akopyan bildirib ki, Ermənistana köçən ermənilərin vəziyyəti də acınacaqlıdır:

"Sosial yardımın göstərilməsi üçün çoxlu vəsait ayrılıb, lakin  problemlər yığılmağa davam edir. Ermənistana köçən Qarabağ sakinlərinin neçə faizinin geri qayıtmaq istədiyinə dair hələ də konkret məlumatımız yoxdur. Qarabağın özündə nəinki mənzil problemini həll etmək, həm də əhalinin xaricə axını dayandırmaq lazımdır".

Göründüyü kimi, İrəvan və Moskvanın israrlı iddialarına baxmayaraq Qarabağdakı ermənilər sayı heç də 50-100 min yox, Azərbaycanın açıqladığı kimi 25 min nəfərə yaxındır. Bu təxminən 3 ay əvvəlin statistik məlumatı idi. İndi bu rəqəmin aha aşağı olduğu deyilir.

Oxunma sayı 2050
Gündəm rubrikasından digər xəbərlər