Rus hərbiçiləri Kəlbəcərdəki Xudavəng monastırında - SAXTA TARİXƏ "HEYRAN QALDILAR"

11:37 08.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlıları Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırına ekskursiyaya gedib, monastır kompleksinin tarixi ilə tanış olublar.

Hafta.az xəbər verir ki, burada onları qədim alban məbədi olan Xudavəngdə məskunlaşan və saxta tarixlə bu qədim məbədi erməniləşdirməyə çalışan "keşiş" Hovhannes Hovhannisyan qarşılayıb. Guya monastırın 12-13-cü əsrlərdən başlayan yaranma tarixindən danışıb.

"Bu gün, bu müqəddəs bazar günü Rusiya sülhməramlı kontingenti tarixi bir yerə, Dadivank (Rus hərbiçisi Xudavəng monastırını belə adlandırır) monastırına baş çəkdi. Biz əcdadlarımızın tarixinə toxunduq, insanların bu hadisəyə necə qiymət verdiyini, bu gün onu necə qiymətləndirdiklərini gördük və vətənə çatan kimi biz mütləq bu yer haqqında övladlarımıza, nəvələrimizə və qohumlarımıza danışacağıq”, - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Yuri Romanişin bildirib.