Krımdan Ukraynaya doğru irəliləyən rus ordusunun konvoyunda Z hərfləri günlərdir dünya gündəmində olsa da, tanklar hərəkətə keçincə inanılmaz bir detal ortaya çıxıb.
Hafta.az-ın xəbərinə görə, cənub cəbhəsinin mərkəzi Putinin 2014-cü ildə referendum adı ilə işğal etdiyi Krımdır. Krım yarımadasında on minlərlə əsgər hərəkətə keçib, tankların və zirehli texnikanın Ukrayna ərazisinə keçməsinin görüntüləri rəsmi mediada yayımlanıb.
Hücuma hazırlanan tankların üzərində günlərdir dünyanın gündəmindən düşməyən Z hərfi var idi. Lakin onlarla tankın hərəkəti ilə tamam başqa bir detal ortaya çıxıb.
BTR-D zirehli transportyorlarının da daxil olduğu Rusiya karvanında BMD-4 və NONA tanklarından başqa bəzi tankların üzərində Sovet İttifaqı bayrağı dalğalandığı görülüb.
Tankların video görüntüləri sürətlə sosial mediada yayılıb, hərbi ekspertlər isə karvanda tıxacların da olduğunu deyiblər.