Rusiya baş nazir müavini Bakı və İrəvan arasındakı danışıqlar barədə

11:57 20.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı, İrəvan və Moskva bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpasında qərarlıdır. Bu barədə Rusiyanın Baş nazir müavini Aleksey Overçuk İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan son görüş avqustun ortalarında Moskvada keçirilib. Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını istəyir. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır", - Overchuk deyib. Bu barədə Ermənistan KİV-ləri bildirib.

Rusiya baş nazirinin sözlərinə görə, nəqliyyat marşrutlarının bərpasının Ermənistanla Rusiya arasında ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacağı açıqdır.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan isə kommunikasiyaların açılmasının iqtisadiyyata müsbət təsir edəcəyini qeyd edib, lakin konkret rəqəmlər barədə danışmağın hələ tez olduğunu deyib.

Oxunma sayı 35