Rusiya millisi 2022-ci ildə ilk oyununu keçirib

23:14 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya millisi 2021-ci ilin noyabrından 14-dən sonra ilk dəfə oyuna çıxıb.

Hafta.az xəbər verir ki, komanda  Bişkekdəki Dolon Omurzakov adına stadionda Qırğızıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qırğızıstan - Rusiya - 1:2
Qollar
: Şukurov, 24 (1:0), Sobolev, 30-pen (1:1), Utkin, 89 (1:2)

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən UEFA yığmanı bütün beynəlxalq turnirlərdən kənarlaşdırıb. Ancaq qurum millinin keçirəcəyi yoxlama oyunlarına qarışmayacağını bildirib.

Oxunma sayı 3066