Yazını böyüt
Yazını kiçilt
Rusiya Futbol Federasiyası millinin baş məşqçisi Valeri Karpinlə yeni müqavilə imzalayıb.
Hafta.az qurumun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti 2024-cü il avqustun 1-dək uzadılıb. Hazırkı məşqçilər heyəti də millidə işləməyə davam edəcək.
Qeyd edək ki, Karpin 2021-ci ilin iyulundan Rusiya millisini çalışdırır. O, eyni zamanda "Rostov"un (Rusiya) baş məşqçisidir.