Yazını böyüt
Yazını kiçilt
“Düşünürəm ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşma əldə etmək üçün yaxşı bir şans var”.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada ABŞ və Ukrayna rəsmiləri arasında danışıqları şərh edərkən deyib:
“Danışıqlar davam edir və yaxşı gedir. Biz insanların öldürülməsinin qarşısını almaq istəyirik”.
Tramp Ukrayna rəsmiləri ilə müzakirələr aparan dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkovla danışdığını bildirib:
"Mən onlarla danışdım və onlar yaxşı iş ortaya qoyurlar. Ukraynanın hazırda bəzi çətin problemləri var".