Rusiya ordusu Ukrayna üzərinə üç fərqli istiqamətdən - cənubdan Krım, şərqdən Donbas və Luqansk separatçı bölgələrindən və şimal-şəörqdən hücuma keçib.
Hafta.az-ın yazdığına görə, 3-cü dünya müharibəsinə çevrilməkdə olan bu hadisədən sonra Rusiya və Ukraynanın hərbi potensialı yenidən müqayisə olunmağa başlayıb.
"Global Firepower"in (GFP) məlumatına görə, əslində Ukrayna ordusu 2014-cü ildə olduğundan daha güclüdür. Buna baxmayaraq, Rusiya ordusu çox üstün mövqedə yerini qoruyur.
Ukraynanın hərbi xərcləri ötən ilin statistikasına görə, 9,6 milyard dollar olub, Ümumdaxili Məhsul istehsalının 4,1 faizinə bərabərdir. Hansı ki, müqayisə üçün, bu rəqəm Rusiyada 61,7 milyard dollarla ÜDM-in 4,3 faizi həcmindədir.
Rus ordusunun sıralarında 850 min aktiv əsgər, 250 min yedək hərbi qüvvə və əlavə olaraq 200 min yarımhərbi qüvvələr olduğu halda (Ümumilikdə 1 milyondan çox aktiv əsgərə və 2 milyon nəfərlik ehtiyyat qüvvəyə malikdir), Ukrayna ordusu 250 min aktiv əsgər, 250 min yedək silahlı qüvvə (əslində ehtiyyat qüvvələrin sayı 900 min nəfərdir) və 50 min yarımhərbi qüvvədən ibarətdir.
Rusiya ordusunun ixtiyarında 12420 tank, 30122 zirehli döyüş maşını, 6574 özüyeriyən top, 7571 qoşqulu top və 3391 raket qurğusu mövcuddur. Ukrayna ordusunun əlində isə 2596 tank, 12303 zirehli döyüş maşını, 2040 top var.

Rusiya Hərbi Hava Qüvvələrinin ixtiyarında 772 döyüş təyyarəsi, 739 hücum qırıcısı (toplam 1511 təyyarə) və 2 mindən çox helikopter olduğu halda, Ukraynanın cəmi 69 döyüş təyyarəsi, 29 hücum qırıcısı və ortalama 60 helikopteri var.
Hərbi Dəniz Donanmaları müqayisəolunmazdır. Rusiyanın 1 təyyarədaşıyan gəmisi, 15 döyüş gəmisi, 70 sualtı qayığı və 11 firkateyni mövcud olsa da, Ukraynanın yalnız bir firkateyni var.
Ən əsası, Putinin də tez-tez xatırlatdığı kimi, Rusiyanın ixtiyarında 1600 ədədi balistik raket və strateji bombardman təyyarələrinə yüklənməklə, toplam 4490 nüvə döyüş başlığı var.