Yazını böyüt
Yazını kiçilt
Rusiya Premyer Liqasında 2022-2023 mövsümünün qalibi müəyyənləşib.
Hafta.az xəbər verir ki, "Zenit" çempionatın sonuna 4 tur qalmış birinciliyi rəsmiləşdirib.
Sergey Semakın komandası 26-cı turda bu gün Moskva "Spartak"ına 3:2 hesabı ilə qalib gələrək xallarını 64-ə çatdırıb. Sankt-Peterburq təmsilçisinin ən yaxın izləyicisi SSKA-nın isə 51 xalı var.
Bu, "Zenit"in ardıcıl 5-ci, ümumilikdə isə 10-cu çempionluğu olub.