Yazını böyüt
Yazını kiçilt
Slovakiyanın "Dubnitsa" klubunun rusiyalı yarımmüdafiəçisi Eduard Baqrintsev Ermənistan vətəndaşlığı üçün müraciət edib. Metaratings.ru saytının məlumatına görə, futbolçu Ermənistan millisində çıxış edə bilmək üçün vətəndaşlığını dəyişmək qərarına gəlib.
Qeyd edək ki, Baqrintsev Moskva ÇSKA-nın məzunudur. 2022-ci ilin sentyabrında Slovakiya çempionatında oynamaq üçün Dubnitsaya köçüb. Yarımmüdafiəçinin Rusiyanın yeniyetmələrdən ibarət yığmasında oynamaq təcrübəsi var.
Oktyabrda “Srvena Zvezda”nın rusiyalı yarımmüdafiəçisi Vladislav Qoldin də Serbiya vətəndaşlığını almaq barədə düşündüyünü bildirib.