Rusiya milyarderləri cümə axşamı səhm bazarın çökməsindən sonra ümumilikdə 39 milyard dollar itiriblər.
Hafta.az Forbes-ə istinadla bildirir ki, varidatı ən çox azalan Lukoil prezidenti Vahid Ələkbərov olub.
Rusiya fond bazarı cümə axşamı əsas hərracların nəticələrinə görə 33,28% dəyər itirib. Fevralın 16-dan bəri rus milyarderləri 90 milyard dollar yoxsullaşıb. Cümə axşamı nəticəsində ən çox itki Vahid Ələkbərov olub - onun sərvəti 3,8 milyard dollar və ya 15,4% azalıb.
“Severstal”ın əsas benefisiarı Aleksey Mordaşovun sərvəti 3,3 milyard dollar (11,3%) azalıb, ailəsi Polyus mədən şirkətinə nəzarət edən Süleyman Kərimov isə 2,6 milyard dollar (18,2%) itirib. NLMK-nın əsas benefisiarı Vladimir Lisin cümə axşamı günü 2,5 milyard dollar və ya 8,3% itirib.
Faiz baxımından ən çox itirən TCS Group-un təsisçisi Oleq Tinkov - onun sərvəti 2 milyard dollar, yəni 52,2% azalıb. Norilsk Nikelin əsas sahiblərindən biri Vladimir Potanin 1,9 milyard dollar və ya 7% yoxsullaşıb.