Çinin ən böyük neft emalı zavodlarından olan Yanchang Petroleum-un Rusiya neftini almağı dayandırdığını bildirib.
Hafta.az-ın yazdığına görə, sözügedən neft emalı zavodunun gündə 340 min bareldən çox xam neft emal gücü var. “Reuters”in məlumatına görə, əvvəllər ayda bir dəfə ESPO və Sokol xam neftini müntəzəm olaraq idxal edən şirkət indi bu alışları dayandırıb. Neft emalı zavodunun ildə 3,6 milyon ton (26 milyon barel) neft idxal etmək üçün icazəsi var.
Bu iddia ABŞ-ın “Rosneft”lə “Lukoil”a qarşı sanksiyalarından sonra ortaya çıxıb. Qərb mediası Çinin dövlətə məxsus neft şirkətləri və bəzi Hindistan neft emalı zavodlarının da ikinci dərəcəli sanksiyalar riski səbəbindən Rusiya neftindən yayındığını iddia edir, lakin bu iddialar rəsmi olaraq təsdiqlənməyib. Çin və Hindistan hökumətləri neft tədarükü ilə bağlı qərar vermək kimi suveren hüquqlarını vurğulayırlar.
“Reuters”in digər xəbərlərinə görə, Hindistan neft emalı zavodlarının dekabr ayında Rusiya neftini Səudiyyə Ərəbistanı və İraqdan alacaqları neftlə əvəz etməsi gözlənilir.