Sabah bu qəsəbədə qaz olmayacaq

17:18 18.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan hafta.az-a verilən məlumata görə, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.