“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

12:29 10.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Hafta.az kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı müdafiəçi Con İrasaballa anlaşıb.

İyirmi altı yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria”, “Mirandes”, “Lexona” və “Amorebieta” klublarında çıxış edib.