“Sabah” klubu yeni basketbolçu transfer edib

13:43 26.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizi FIBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” komandası heyətini gücləndirib.

Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ basketbolçusu Kivon Devonportu transfer edib.

25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 203 santimetr boya malik basketbolçu peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. O, son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.