Şahmatçımız Polşada qalib oldu

09:00 15.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.

Hafta.az xəbər verir ki, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb.

Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.