Şəhidimizin anası vəfat etdi

10:28 01.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində şəhid olan Rəsul Sadıqovun anası Elnarə Sadıqova dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, o, ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

R.Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrında Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şəhidlər xiyabanında dəfn olunub.

O, ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.