Şəkidə 9 otaqlı evdə yanğın

16:43 03.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə 9 otaqlı fərdi yaşayış evi yanıb.

Hafta.az-ın məlumatına görə, yanğın günorta saat 13 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində İslam Əmrahova məxsus 9 otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğının qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.