Şəmkir su anbarında batan şəxsin cəsədi tapılıb

18:00 28.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir su anbarında batan şəxsin cəsədi tapılıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, mayın 23-də Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.