Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb

10:01 22.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 66