Seneqal Rusiya ilə oyundan imtina edib

11:42 26.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Seneqal millisi 2023-cü ildə Rusiya ilə yoldaşlıq oyunu keçirmək fikrindən imtina edib. Bu barədə Sport24 məlumat yayıb.

Seneqal Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Kara Tiunenin sözlərinə görə, FİFA-nın beynəlxalq matçların keçirilməsi üçün sentyabr pəncərəsindən Afrika komandası Əlcəzairlə oynamaq üçün istifadə edir.

“Bu il oyun təşkil etmək çətin olacaq, çünki Seneqal Dünya Çempionatının seçmə mərhələsinə başlayacaq, ondan sonra Afrika Kuboku başlayacaq.

2023-cü ildə Rusiya və Seneqal oyununun baş tutacağı ehtimalı azdır, lakin gələn il hər şey mümkündür”, - deyə Tiune bildirib.