Separatçı rejim Xocalıda 91 həyət evi tikir…-FOTO

18:16 27.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Azərbaycanın Rusiya ordusunun nəzarətində qalan Yuxarı Qarabağ ərazilərindəki separatçı-terrorçu rejimin tör-töküntülərinin 1992-ci ildə soydaşlarımıza qarşı kütləvi soyqırımı həyata keçirdikləri Xocalı şəhəri ərazisində 15 yeni binanın  qanunsuz  tikinti işlərini davam etdirməsi haqda yazmışdıq.

Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  Rusiya hərbçilərinin himayəsinə sığınmış separatçılar 30 ilə yaxındır, işğal altında qalan Xocalı rayonunun mərkəzi yaxınlığındakı digər bir ərazidə  həyət evlərindən ibarət yeni məhəllənin tikintisini də davam etdirir.

Hazırda 68 yaşayış evinin  divarları artıq tamamlanıb. Bütün mənzillər dörd otaqlı olacaq.  Bundan əlavə, yaxın vaxtlarda həmin ərazidə daha 14 ikiotaqlı yaşayış binasının tikintisinə başlanılacaq. Digər bir ərazidə isə 9 yüngül konstruksiyalı 2, 3 və 4 otaqlı yığma evlərin də tikintisinə başlanıb. Beləliklə, separatçı erməni rejimi Xocalı şəhəri ərazisində ümumilikdə 91 həyət evi tikməkdədir.

Mənzillərin tikintisi ilə yanaşı, daxili infrastruktur və yol tikintisinə də hazırlıq işləri aparılır.

Layihə  “Hayastan” ümumerməni fondunun maliyyəsi ilə həyata keçirilir.

Xatırladaq ki, Xocalı şəhəri və rayonu ərazisində tikilən bina və həyət evləri əsasən 44 günlük savaşdan sonra  Hadrut, Şuşa və Ağdam rayonunun kəndlərindən köçmüş ermənilər üçün nəzərdə tutulub.